Skip links

Bərabər İmkanlar Siyasəti
Müqəddimə

Azərbaycanda fəaliyyət göstərən TEC şirkəti cinsi, orientasiyası, ailə vəziyyəti, irqi, yaşı, din və inancı, milli və etnik mənsubiyyəti, əlilliyindən asılı olmayaraq ən yaxşı namizədləri iş, inkişaf və təlim proqramlarına cəlb etməyi hədəfləyən multikultural təşkilatdır.

Məqsəd

İşə müraciət edənlər və işçilərlə cinsi, orientasiyası, ailə vəziyyəti, irqi, yaşı, din və inancı, milli və etnik mənsubiyyəti, əlilliyindən asılı olmayaraq eyni formada rəftar etmək şirkətin siyasətidir.

Tətbiq etmə

Şirkət qeyri-qanuni ayrıseçkiliyin qarşısını almaq üçün tətbiq olunan qanuna riayət edəcək və şirkətin bütün işçiləri və işə müraciət edənlərə təlim və məşğulluğun bütün sahələrində bərabər imkan veriləcək. “Bərabər İmkanlar” şəxsin cinsi, orientasiyası, ailə vəziyyəti, irqi, yaşı, din və inancı, milli və etnik mənsubiyyəti, əlilliyinə istinad edilmədən təyinat, təlim, mükafat, maaş artımları, təzminat və mənfəət üçün nəzərə alınacaqları mənasını verir.

İcra etmə

Bu siyasət şirkət adına tam iş günü və yarım iş günü fəaliyyət göstərən və ya şirkətlə müvəqqəti olaraq işləyən hər bir işçi üçün keçərlidir. Əlavə olaraq, bu siyasətin “mahiyyəti” stajyer, digər tələbələr və podratçı işçilərimizə qədər gedib çatır.

Return to top of page