Skip links

Sertifikasiya


TÜV Austria Certificate

Neft-qaz, tikinti və digər sənaye sahələri (metallurgiya, kimya, qida, maşınqayırma, nəqliyyat)  üzrə təlim, inspeksiya və digər xidmətlər üzrə bir çox beynəlxalq akkreditasiyaya sahib olan TÜV AUSTRIA ACADEMY ilə əməkdaşlıq edir. TEC əməkdaşlıq çərçivəsində TÜV AUSTRIA-nın ölkə üzrə nümayəndəliyi TÜV AUSTRIA Azərbaycan MMC ilə SƏTƏM, Mühəndislik və digər texniki təlimlərin təşkilində uzunmüddətli memorandum əsasında birgə çalışır.

TÜV AUSTRIA ISO/IEC 17024 akkreditasiyasına sahibdir. TÜV AUSTRIA tərəfindən həyata keçirilən bütün təlim prosedurları keyfiyyət standartlarının müddəalarına uyğun gəlir, belə ki, TÜV AUSTRIA tərəfindən verilən bütün sertifikatlar beynəlxalq səviyyədə tanınır.

TUV-sertifikat
EKVITA Graduation Certificate

TEC mühəndislik mərkəzi BP və onun tərəfdaşlarının maliyyə dəstəyi ilə təşkil edilən 2017-2018-ci ilin SİP (Sahibkarlığın İnkişafı Proqramı) layihəsi çərçivəsində yüksək nəticə göstərərək uğurla bitirmişdir.

Bu proqram şirkətlərin potensial və bacarıqların təhlili, xüsusi fərdi inkişaf planlarının hazırlanması və həyata keçirilməsi, o cümlədən xüsusi təlim imkanları vasitəsilə yerli şirkətlərin beynəlxalq standartlara çatması üçün imkanlar yaradır.

Return to top of page