Texniki Təlim Mərkəzinin redizayn edilmiş və yeni nəsilə uyğun MARK formasında hazırlanmış loqosunu sizlərə təqdim edirik
Məqsədimiz: Standart logo hazırlamaq və köhnə logonu redizayn etmək idi hansı ki, əsas mühəndisliyi ümumilikdə isə texniki sahəni özündə ehtiva etsin. Dünya praktikasında bu sahəni əhatə edən və daha çox istifadə edilən simvol mexaniki çarx ikonudur. Lakin digital marketing-in son trendlərində logolar bu qəlib ikonlardan açıq şəkildə istifadə etmədən hazırlanır. Buna görə də ikonik işarələrin yerinə logo özü texniki mənanı hiss etdirməlidir.
İdea: İlk baxışdan logo çox sadədir, forma baxımından biz asanlıqla mexanikanı görə bilərik. Ideya “GEAR” kimi bildiyimiz , çarx üzərindən inkişaf etdirilib. Lakin bizim məqsədimiz çarxı olduğu kimi saxlamamaqdır. Logo yeni eraya uyğun MARK formasında düşünülərək hazırlandı.