Skip links

ISO 14001:2015
Kursun məqsədİ:

Təlim zamanı iştirakçılara ətraf mühitlə bağlı əsas anlayışlar, ətraf mühiti idarəetmə sistemi və ISO 14001:2015 standartı, ISO 14001:2015 standartındakı əsas dəyişikliklər, ətraf mühit üzrə qanunvericilik, ətraf mühit siyasəti, ətraf mühit aspektləri , risk və imkanlarla bağlı tədbirlər, ətraf mühit üzrə məqsədlər və onlara çatmaq üçün planlaşdırma, resursların idarə edilməsi, ətraf mühit ilə əlaqədar əməliyyat proseslərinin planlaşdırılması və idarə edilməsi, fövqəladə hallara hazırlıq və cavab tədbirləri , izləmə, ölçmə, təhlil və qiymətləndirmə, daxili audit, rəhbərlik tərəfindən təhlil, uyğunsuzluq və düzəldici fəaliyyətlər, davamlı yaxşılaşdırma ilə bağlı ətraflı məlumat verilib, eyni zamanda yuxarıda qeyd olunan mövzular ətrafında marağlı müzakirələr aparılıb.

Kurs kİmlər üçün nəzərdə tutulub:

Kursa təşkilatların ətraf mühitin mühafizəsi üzrə nümayəndələri və ətraf mühitin mühafizəsi şöbəsinin işçiləri qatıla bilər.

Kursun müddətİ:

1 gün

Kursun tədrİs dİlİ:

Azərbaycan dili

Sertİfİkat:

Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçıya seçimindən asılı olaraq Yerli (TEC) və Beynəlxalq (TÜV Austria) sertifikat təqdim edilir.

MÜRACİƏT ET

Zaur Fətəliyev

Təlimçi
TƏHSİL - Ali
İŞLƏDİYİ LAYİHƏLƏR
  • Tengiz Boru Xətti Sahə 51 layihəsi
  • Dənizdə və Quruda Quyuların Qazılması layihəsi
SERTİFİKAT VƏ İXTİSASLAŞMA
  • İRCA-nın Keyfiyyət İdarəetmə Sistemi, Ətraf Mühitin Qorunması Sistemi və Sağlamlıq və Texniki Təhlükəsizliyin Qorunması Sisteminin auditoru
  • İdarəetmə Sistemləri üzrə müstəqil Aparıcı auditor, Auditor, Təlimçi, Konsultant
  • ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə Aparıcı auditor / Auditor
  • ISO 14001:2015 Ətraf Mühitin Qorunması Sistemi üzrə Aparıcı auditor / Auditor
  • ISO 45001:2018 Sağlamlıq və Texniki Təhlükəsizliyin Qorunması Sistemi üzrə Aparıcı auditor / Auditor
  • APİ Spec Q2 Keyfiyyət İdarəetmə Sistemi üzrə Aparıcı auditor / Auditor

    Return to top of page