Skip links

TEC (Technical Education Center)

Texniki Təlim Mərkəzi əmək bazarında mühəndis və peşə sahibli texniki kadrlara yaranan və gündən-günə artan tələbatı ödəmək üçün bu istiqamətdə nəzəri və praktiki təlim proqramlarının yaradılmasını ən vacib məsələ kimi ön plana çəkib, nail olmaq üçün uğurlu addımlar atır. Yerli şirkətlərin beynəlxalq tələblərə cavab verən şirkət miqyasında rol alması üçün mərkəz effektiv təlim modeli ilə sifarişçi şirkətlərə real imkanlar yaradır.
Həmçinin neft-qaz sənayesi sahələrinin güclü inkişaf etdiyi və bununla yanaşı qeyri neft sahələrinin, inşaat, mettallurgiya, kimya, qida kimi sektorların təkamül etdiyi bir dövrdə işsiz qalan gənclərimizin texniki peşə təhsilinə sahib olmaları və bunun nəticəsi olaraq rahat şəkildə iş tapa bilmələri üçün irəli sürülmüş təşəbbüslərdən biridir.

Təlim metodikası

Təqdim olunan təlimlərin unikallığı onun akademik, tətbiqi nəzəriyyə ikilisinin praktika ilə sinergiyasıdır. Təlimçilər iş həyatında yüksək təcrübəyə sahib olan, beynəlxalq statuslu şəxslərdir ki, onlar nəzəri biliklərlə yanaşı həmçinin praktiki biliklərə də sahibdirlər. Bu amil təlim iştirakçılarına daha geniş imkanlar yaradırkı, beynəlxaq standatlarla və yerli qanunvericiliyin tələbi ilə tanış olur, nəzəri biliklərin praktikaya inteqrasiyasını və real iş dünyasından olan çalışmalarla nəzəri biliklərinin praktikada necə tətbiq olunduğunu öyrənirlər. TEC-in metodika baxımdan üstünlüyü təlimlərində iştirakçılarda öz işləri və iş yerlərinə pozitiv münasibətin formalaşdırılmasıdır. Belə motivasiya dinləyicinin potensialını müəyyən edib, onlara stimul verib daha yüksək nəticələr əldə etməsinə imkan yaradır.

Missiyamız

Texniki Təhsil Mərkəzi ölkənin sənaye potensialının sürətlə yüksəlişini və regionların texniki mühəndislik sahələrinin inkişafındakı meyllərini diqqətə alaraq, texniki ixtisaslar üzrə kurslar təklif edir. Ölkədə neft-qaz sənayesi sahələrinin güclü inkişaf etdiyi və bunla yanaşı qeyri-neft sahələrinin, inşaat, informasiya texnologiyası və s. kimi sektorların təkamül etdiyi bir dövrdə işsiz qalan gənclərimizin texniki ixtisas təhsilinə sahib olmaları və bunun nəticəsi olaraq rahat şəkildə iş tapa bilmələri üçün irəli sürülmüş bir təşəbbüsdür. Onlara sənayenin gələcək inkişaf perspektivlərdə iştirakına və faydalanmağa və yeni açılmış iş yerlərində işləmək imkanı yaradır. Nəticədə onlar da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək. Kursları uğurla bitimiş və sertifikat almış gənclərin elektron bazası hazırlanır və şirkətlərə təqdim olunur.

Bərabər İmkanlar Siyasəti

Bərabər İmkanlar Siyasəti

Azərbaycanda fəaliyyət göstərən TEC şirkəti cinsi, orientasiyası, ailə vəziyyəti, irqi, yaşı, din və inancı, milli və etnik mənsubiyyəti

Ətraflı oxu
Anti-Korrupsiya və Rüşvət Siyasəti

Anti-Korrupsiya və Rüşvət Siyasəti

Rüşvət və korrupsiya əhatə edən, lakin bunlarla məhdudlaşmayan fəaliyyət və əməliyyat nümunələri

Ətraflı oxu
SƏTƏM Siyasəti

SƏTƏM Siyasəti

SƏTƏM siyasətinin həyata keçirilməsi və ətraf mühitin mühafizəsi, insanların və əmlakın sağlamlığı, rifahı və təhlükəsizliyinin təmin

Ətraflı oxu
Keyfiyyət Siyasəti

Keyfiyyət Siyasəti

Özümüzün və müştərilərimizin gözləntilərini qarşılayacaq bir mexanizm təmin etmək üçün BS EN ISO 9001: 2015

Ətraflı oxu
Return to top of page