Skip links

AVEVA Everything 3D
Kursun məqsədİ:

Aveva Pdms (Plant Design Management System) sənaye zavodlarında boru kəməri, gəmiçilik sənayesində, mühəndislik, dizayn və tikinti layihələri üçün çox rahat istfadə edilən, çox funksionallı, mühəndis nəzarətli dizayn proqramıdır. 3D modelləmə və 3B proses təsisi dizaynı edən əməkdaşlar üçün çox üst səviyyədə istifadə edə biləcəkləri bir proqramdır. Bu proqram üç ölçülü modelləmədən savayı, gələcəkdəki obyektin bütün elementləri üzrə məlumatı dəqiq bazada saxalyır. Bu verilənlər bazasının köməyi ilə tez bir zamanda avtomatik olaraq layihənin istənilən məlumatını çıxarmaq olur. Xüsusilə layihə sənədləri – təyyarə və izometrik təsvirlər, xüsusi spesifikasiyalar qurğunun tikintisini, habelə onun istismarını və modelləşdirilməsini izləmək üçün imkan yaradır. Son məlumatların düzgünlüyü birbaşa 3D sənədin düzgünlüyünə görə müəyyən edilir ki, bu da sənədlərin sənədləşdirmə prosesində məlumatların təhrif edilməsi faktını faktiki olaraq aradan qaldırır. Vizual 3D modelinin qurulmasında müxtəlif disiplinlərin dizaynerlərinin eyni vaxtda birgə iştirakı, dizayn prosesi zamanı tez bir zamanda qərar qəbul etməyə imkan verir.

Kurs kİmlər üçün nəzərdə tutulub:

Boru, Metal Konstruksiya Mühəndisliyi və İnşaat sahəsi ilə əlaqəli işlərdə dərəcə artırmaq, ixtisaslaşmaq və yaxud bu sahə üzrə fəaliyyət göstərən yerli və xarici şirkətlərdə karyera qurmaq istəyən şəxslər, konstruktorlar və mühəndislik sahəsi üzrə təhsil alan tələbələr kursda iştirak edə bilər.

Kursun müddətİ:

AVEVA Everything 3D (Piping) – 30 saat
AVEVA Everything 3D (Structure) – 30 saat

Kursun tədrİs dİlİ:

Azərbaycan dili və İngilis dili

Sertİfİkat:

Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçıya Yerli sertifikat təqdim edilir.

MÜRACİƏT ET

Aqil İsayev

Təlimçi
TƏHSİL :

ADNSU (bakalavr)

ENSG ADIU (magistratura)

İŞ TƏCRÜBƏSİ - 11 il
  • 2006 – SOCAR  Neftqazelmitədqiqatlayihə institutu Dəniz Platformaları şöbəsi
SERTİFİKAT VƏ İXTİSASLAŞMA
  • Bulla – Dəniz” neft yatağında dəniz platformasının lahiyələndirilməsi
  • Günəşli” neft yatağında dəniz platformasının lahiyələndirilməsi
  • Abşeron bankası” neft yatağında dəniz platformasının lahiyələndirilməsi
  • Darvin bankası” neft yatağında dəniz platformasının lahiyələndirilməsi (Heydər Əliyev adına Neft emalı zavodunda Atmosfer və Vakum vahidi hissəsində yenidənqurma lahiyələndirilməsi (scan və modelləşdirmə)
  •  Absheron EPS Development (SOCAR – TOTAL)

    Return to top of page