Büdcənin İdarəedilməsi
Kursun məqsədİ:
Layihələrin əsas məqsədi onların vaxtında və büdcə çərçivəsində tamamlanmasıdır. Layihənin dəyərinin idarə edilməsinin məqsədi layihə xərclərini daha yaxşı qiymətləndirmək və nəzarət etməkdir. Kurs sizə təqdimat işləri, nümunələr və modullar ilə layihə dəyərinin idarəolunma vasitələrindən istifadə imkanlarını yaradacaq. Kursda iştirak edən hər kəs xərclərin idarəolunmasında istifadə olunan prosesləri anlamağı və təcrübədə xərclərin yaxşı idarə olunması və büdcəyə diqqət yetirilməsi baxımından effektiv biliklərə yiyələnmək imkanı əldə edəcəklər.
Kurs kİmlər üçün nəzərdə tutulub:
Mühəndislik, inşaat və planlama sahəsi ilə əlaqəli işlərdə dərəcə artırmaq, ixtisaslaşmaq və yaxud bu sahə üzrə fəaliyyət göstərən yerli və xarici şirkətlərdə karyera qurmaq istəyən şəxslər və mühəndislik və iqtisadiyyat sahəsi üzrə təhsil alan tələbələr kursda iştirak edə bilər.
Kursun müddətİ:
12 saat
Kursun tədrİs dİlİ:
Azərbaycan dili və İngilis dili
Sertİfİkat:
Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçıya Yerli sertifikat təqdim edilir.