Skip links

Elektronika Mühəndisliyi
Kursun məqsədİ:

Elektronika Mühəndisliyi kursunda əməkdaşlar müxtəlif dövrə komponentləri (rezistorlar, kondensatorlar, induktor və transformatorlar, müxtəlif indikator diodlar, tranzistorlar, diodlar, relelər, qoruyucular və s.) məntiq çipləri, stabilizatorlar, breadbordlar (hər bir iştirakçı üçün 3 ədəd 830pin), Osiloqraf, qida mənbələri, əl alətləri, plata çapı üçün müxtəlif kimyəvi maddələr, cihazlar və xam plata, motorlar haqqında nəzəri və təcrübi biliklər mənimsəməklə yanaşı, simulyasiya proqramları (Proteus İSİS və s.) və dövrə elementləri kataloqu proqramları (ölçü cihazları və əl cihazları, rəqəmsal və analoq dövrələr, lehimləmə, lehim alətləri və kimyəvi maddələr, sistem və dövrələrdəki problemlər və onların həlli yolları, SCADA və s.) ilə işləmək imkanı əldə edəcəklər.

Kurs kİmlər üçün nəzərdə tutulub:

Bütün sənaye sahələrində və Energetika və Elektronika Mühəndisliyi sahəsi ilə əlaqəli işlərdə dərəcə artırmaq, ixtisaslaşmaq və yaxud da bu sahədə karyera qurmaq istəyən şəxslər və mühəndislik sahəsi üzrə təhsil alan tələbələr elektronika qurğularının təmiri və elektronika platalarında yaranmış problemlərin aradan qaldırılması haqqında spesifik biliklər əldə etmək üçün təlimdə iştirak edə bilərlər.

Kursun müddətİ:

64 saat

Kursun tədrİs dİlİ:

Azərbaycan dili və İngilis dili

Sertİfİkat:

Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçıya seçimindən asılı olaraq Yerli (TEC) və Beynəlxalq (TÜV Austria) sertifikat təqdim edilir.

MÜRACİƏT ET

Elgün Həsənov

Təlimçi
TƏHSİL - AzTU
İŞ TƏCRÜBƏSİ - 5 il
  • SOCAR – İndiyədək İnformasiya Texnologiyaları və Rabitə İdarəsi – Qazservisinformatika Departamenti – Nəzarət Ölçü Cihazları və Avtomatika
  • Sumaks MMC – Qurucu və elektronika mühəndisi
SERTİFİKAT VƏ İXTİSASLAŞMA
  • Programlama dilləri: C
  • Simulyasiya proqramları: Proteus, KiCad
  • Digərləri: Microsoft Office, Adobe Premiere

    Return to top of page