Skip links

HVAC

HVAC ( havalandırma, isitmə, soyutma) sistemindən ibarət olan bir sistemdir. Zavod, xəstəxana, alış-veriş mərkəzi və enerji istehlakının yüksək olduğu sahələrdə geniş tətbiq edilən bir sahədir. Bina strukturundan asılı olaraq, HVAC üçün istehlak olunan enerji ümumi enerjinin 15% -i və 60% -ni təşkil edir,buna görə, HVAC sistemlərinin optimallaşdırılması enerji səmərəliliyi baxımından çox vacibdir.

Kursun məqsədİ:

HVAC kursu əməkdaşlara isitmə sahəsində – (istilik itkiləri, radiatorların seçilməsi və s .), soyutma – (soyuqluq yüklərinin təyini, VRV-sisteminin hesabatı), ventilyasiya – (hava kanallarının və mənfəzlərin hesablanması), mərkəzi kondisioner sistemi və hissələri, hava kanallarında təzyiq itkisi hesabı, vurucu və sovurucu fanlar HVAC – üzrə – Spesfikasiya və Smetaların hazırlanması haqqında nəzəri biliklərinə yiyələnmək imkanı yaradır.

Kurs kİmlər üçün nəzərdə tutulub:

HVAC sektorunda işləyən mexanika mühəndisləri, digər sektorda işləyib, HVAC sektorunda də işləmək istəyən mühəndislər və mühəndislik üzrə təhsil alan və HVAC sektorunda işləmək istəyən tələbələr hesabatların daha iqtisadi, daha məqsədəuyğun və daha keyfiyyətli olaraq Avropa və Amerika standartlarında tətbiqi haqqında spesifik biliklər əldə etmək üçün təlimə qoşula bilərlər.

Kursun müddətİ:

36 saat 

Kursun tədrİs dİlİ:

Azərbaycan dili 

Sertİfİkat:

Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçıya seçimindən asılı olaraq Yerli (TEC) və Beynəlxalq (TÜV Austria) sertifikat təqdim edilir.

MÜRACİƏT ET

Fərid Həsənli

Təlimçi
TƏHSİL - ADNSU
İŞ TƏCRÜBƏSİ - 7 il
  • D&T engineering
  • DIA Holdinh
  • NW Construction
  • PMD Group
İŞLƏDİYİ LAYİHƏLƏR
  • Milli Gimnastika Arenası – Mexanika Mühəndisi
  • Trump Tower – Mexanika Mühəndisi
  • Flame Towers – Mexanika Mühəndisi
  • Hard Rock Cafe – Mexanika üzrə baş KT/KN mühəndisi
  • BRAVO Hypermarket (Əhmədli) – Mexanika üzrə baş KT/KN mühəndisi
  • Baku Book Center – Mexanika üzrə sahə şefi
SERTİFİKAT VƏ İXTİSASLAŞMA
  • Piping Engineering – TEC
  • HVAC Engineering – TEC
  • HVAC Lecturer certificate – Systemair

    Return to top of page