Lira Soft
Kursun məqsədİ:
Lira Soft proqramı dəmir beton və metal-konstruksiya materialından inzibati və mülki binalara gələn statik və dinamik yüklərə uyğun Azərbaycan Respublikasının Dövlət Tikinti normalarının əmsallarından istifadə olunaraq en kəsik hissələrinin və materialların iqtisadi cəhətdən sərfəli seçilməsi və həmçinin dayanıqlı və təhlükəsiz konstruksiyalandırılması üçün lazım olan proqramdır.
Tədris zamanı yalnız proqram deyil, ümümi olaraq inşaat mühəndisliyinə aid biliklər müəyyən qədər inşaatın baza məlumatları, məsələlərə mühəndis kimi yanaşma həmçinin, sənaye və mülki bina o cümlədən hidrotexniki qurğular haqqında məlumatlar və konstruksiya normativləri öyrədilir.
Kurs kİmlər üçün nəzərdə tutulub:
Mühəndislik və İnşaat sahəsi ilə əlaqəli işlərdə dərəcə artırmaq, ixtisaslaşmaq və yaxud bu sahə üzrə fəaliyyət göstərən yerli və xarici şirkətlərdə karyera qurmaq istəyən şəxslər, konstruktorlar və mühəndislik sahəsi üzrə təhsil alan tələbələr kursda iştirak edə bilər.
Kursun müddətİ:
24 saat
Kursun tədrİs dİlİ:
Azərbaycan dili və İngilis dili
Sertİfİkat:
Təlimi müvəffəqiyyətlə bitirmiş iştirakçıya Yerli sertifikat təqdim edilir.
TƏHSİL - AzMİU (bakalavr və magistratura)
İŞ TƏCRÜBƏSİ - 7 il
- Azərsu ASC & Ustay Construction
- PMD Project
İŞLƏDİYİ LAYİHƏLƏR
- Azərsu ASC balansında olan Respublikanın rayonlarında dəmir beton və metal konstruksiya qurğuların layihələndirilməsi və ekspertizası
- Socar Polymer Polipropilen (PP), Yüksək sıxlıqlı polietilen zavodunun tikintisi
SERTİFİKAT VƏ İXTİSASLAŞMA
- SAP2000 proqramının FHN və Türk mütəxəssisləri ilə birgə tədrisində iştirak – Sentyabr 2014
- Gənc alimlər, doktorantlar, magistrlar və mütəxəssislərin “Azərbaycanda sudan istifadənin müasir problemləri və onun idarə olunması” dair elmi praktiki konferansın iştirakçısı
- Bakalavr və magistrların elmi konferansında iştirak və ikinci dərəcəli diplom – Yanvar 2014
- İnşaat mühəndisliyi ixtisası üzrə Texniki Təlim Mərkəzində kurs