Skip links

SAP General MM/SD
Kursun məqsədİ:

Kurs 1 – Modul: SAP – GENERAL (SAP ERP sisteminə ümumi baxış) SAP ERP (Biznes Resurslarının Planlaşdırılması), müəssisənin vaxt, xərc və resurs kimi müxtəlif amillər nəzərə alınmaqla, bütün məlumatları bütöv bir sistemdə birləşdirəcək proqramdır. Təşkilatlar SAP-nin köməyi ilə biznes tələblərinə asanlıqla cavab verə bilərlər. Bir müəssisənin bütün mümkün aspektləri SAP ERP funksiyalarında əhatə edilir, beləliklə də SAP ERP şirkətin səmərəliliyinin artırılması üçün böyük bir vasitədir.

Kurs 2 – Modul: SAP MM – Materialların İdarəolunması SAP Materialların İdarəedilməsi (MM) Logistik sahəsinin bir hissəsidir və təşkilatın satınalma fəaliyyətini idarə etməyə kömək edir. Materialların idarəedilməsi prosesi təşkilatın tədarük zənciri prosesində heç bir çatışmazlıqların olmamasını təmin edir. SAP MM moduluna fond materialları, istehlakçı materiallar və xidmətlər, satınalma prosesi, inventar idarəçiliyi, faktura yoxlaması, materialların planlaşdırılması üzrə əsas funksiyalar daxildir.

Kurs 3 – Modul: SAP SD – SAP Satış (SD) məhsul və xidmətlərin satış fəaliyyətləri olan təşkilatlar tərəfindən sorğudan çatdırılmaya qədər olan prosesi əhatə edir. SAP SD məhsul sorğuları, satış öncesi fəaliyyət, satış sifarişi, qiymətlər, çatdırılmanın planlaşdırılması, toplama, qablaşdırma, malların buraxılması, məhsulların göndərilməsi, hesab fakturanın yaradılması və s. funksiyalarını əhatə edir.

Kursun müddətİ:

12 saat (hər bir modul ayrılıqda)

Kursun tədrİs dİlİ:

Azərbaycan dili, İngilis dili və Rus dili

Sertİfİkat:

Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçıya Yerli sertifikat təqdim edilir.

MÜRACİƏT ET

Vüsal Məmiyev

Təlimçi
TƏHSİL - Loughborough - Advanced Chemical Engineering with IT and Management
İŞ TƏCRÜBƏSİ - 6 il
  • SAP MM/SD/PS Consultant
İŞLƏDİYİ LAYİHƏLƏR
  • SAP PS module implementation in oil-gas sector
  • SAP MM/SD module implementation in marine industry
  • İS-OİL downstream (TD/HPM/TSW) implementation in oil-gas sector
SERTİFİKAT VƏ İXTİSASLAŞMA
  • SAP SD configuration (Sales documents, Item category, Service sales, Inter-company sales processes, delivery, Billing and more)
  • SAP MM configuration (Purchasing documents, Release strategy, PO configuration, Valuation and Account assignment, Invoice verification and more)
  • SAP PS configuration (Project structure-WBS, Network configurations, Scheduling, Cost-revenue configuration, Materials and Resources and more)
  • Control of oil-gas sales and creating new required scenarios related within oil-gas sales process
  • İS-OİL downstream (TD/HPM/TSW) configuration
  • Inventory Management
  • Report preparation
  • SAP ABAP
  • FS documents, enhancements

    Return to top of page