Səthin Təmizlənməsi və Örtüklənməsi Müfəttişi
Kursun məqsədİ:
Boya vasitəsilə korroziyadan müdafiə kursunun əsas məqsədi il ərzində əhəmiyyətli dəyişikliklərə məruz qalan səth hazırlığı və örtük tətbiq sənayesinin tələblərinə cavab vermək üçün hazırlanmışdır. Sağlamlıq və Təhlükəsizlik, Ətraf Mühitin Qanunvericiliyi və Keyfiyyətə nəzarət üzrə minimum tələblər səviyyəsinə cavab verir. Burada sahə rəisinin ustaların rolu və məsuliyyəti görüləcək işlər barəsində geniş məlumat verilir. Kursu, örtük nəzarətçilərinin vəzifələri və məsuliyyətlərini ətraflı öyrənmək, səhiyyə və təhlükəsizlik və ətraf mühit qanunvericiliyi barədə məlumatlılığın artırılmasına kömək etmək üçün hazırlanmışdır. Həmçinin iştirakçılar örtük texnologiyası, örtük xüsusiyyətləri, təftiş metodları və avadanlıqları və boya ilə bağlı problemlər haqqında məlumat əldə edəcəklər.
Kurs kİmlər üçün nəzərdə tutulub:
Sənayenin bütün sahələrində və Səthin Təmizlənməsi və Örtüklənməsi Müfəttişliyi ilə əlaqəli işlərdə dərəcə artırmaq, ixtisaslaşmaq və yaxudda bu sahədə işə qəbul olmaq istəyən ustalar, sahə və bölmə rəisləri, mühəndislər biliklərini inkişaf etdirmək üçün kursa qoşula bilər.
Kursun müddətİ:
16 saat / 2 gün
Kursun tədrİs dİlİ:
Azərbaycan dili, İngilis dili
Sertİfİkat:
Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçıya seçimindən asılı olaraq Yerli (TEC) və Beynəlxalq (TÜV Austria) sertifikat təqdim edilir.