Smeta-Planlama, Texniki Nəzarət və Ofis Mühəndisliyi
Kursun məqsədİ:
İki ay müddətində kursda ilk layihələrin oxunmasından başlayaraq, ardıcıl olaraq konstrukiya memarlıq layihələrinin oxunması, mühəndis komunikasiyaların analizi, iş həcmlərinin çıxarılması metodları, qiymətləndirmə metodlarının tətbiqi, nəticədə tam smetaların hazırlanması, Forma 2 və Forma 3 hesabat cədvəllərinin hazırlanması qaydası, texniki hesabatların verilməsi, material hesabatı anlayışının tədrisi, onun mühasibatlıqla əlaqəli şəkildə tətbiqi, tikinti işlərinin düzgün təşkilinin analizi, MS project-də planlama işləri, sahə texniki nəzarəti işlərinin yerinə yetirilməsi tədrisi, tender satınalma strukturları tərəfindən keçirilən tender prosedurlarının texniki və baza hissəsi öyrədilir.
İki ay müddətində əldə ediləcək həm konstruktiv, həm memari və mülki sənaye obyektlərinin iş həcmlərinin çıxarılması onların qiymətləndirilməsi analizlərinin yerinə yetirilməsi, işlərin planlaşdırılması və eləcə də praktiki biliklərlə sahə nəzarəti eyni zamanda iş icraçısı işlərinin yerinə yetirilmə bacarıq və biliklərinə sahib olacaq. Məqsəd inşaat təyinatlı şirkətlərdə asan şəkildə bu biliklərə yiyələnməklə işə qəbul olmanız və ya təcrübənizin daha professional şəkildə inkişaf etdirilməsidir.
Kurs kİmlər üçün nəzərdə tutulub:
İnşaat təyinatlı şirkətlərdə çalışan, inşaat texniki yönümlü ixtisaslı tələbələr eləcə də inşaat və texniki sahələrdə işləmək arzusunda olan hər kəs bu kursa qatılmaqla çox güclü bazalı biliklərə malik olacaq.
Kursun müddətİ:
30 saat
Kursun tədrİs dİlİ:
Azərbaycan dili
Sertİfİkat:
Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçıya seçimindən asılı olaraq Yerli (TEC) və Beynəlxalq (TÜV Austria) sertifikat təqdim edilir.
TƏHSİL :
Azərbaycan Memarlıq və İnşaat Universiteti (bakalavr)
Azərbaycan Memarlıq və İnşaat Universiteti (magistratura)
İŞ TƏCRÜBƏSİ
- Hovers Group MMC ( İnşaat layihə rəhbəri – Smeta şöbəsinin müdiri) – hazırkı iş yeri
- Hovers Group MMC (Sahənin baş texniki nəzarəti mühəndisi)
- MACE (Smeta-Planlama mühəndisi, Texniki nəzarət mühəndisi)
- AECOM “Crescent”
- AECOM “Sofaz Tower”
- SOCAR Elmi Tədqiqat İnstitutu
İŞLƏDİYİ LAYİHƏLƏR
- Avropa Liseyinin (20 nömrəli məktəb kompleksi) tikintisi
- Ağ Şəhər Yaşıl Ada “AZFAR MTK” yaşayış kompleksinin tikintisi
- “Baku Gloria Hotel”in Tikintisi
- “MİDA” – Yasamalda 1 ədəd 12 mərtəbəli, 1 ədəd 9 mərtəbəli və qeyri-yaşayış obyektinin tikintisi
- “MİDA” – Hövsanda 2 ədəd 7 mərtəbəli yaşayış binasının tikintisi
- “ARB TV” yeni ofis və studiya binasının tikintisi
- Ələt limanının tikintisi və eləcədə gömrük və anbar məntəqələrinin tikintisi
- “Baku Expo Center” – Beynəlxalq Yayım Mərkəzinin tikintisi
- Milli Gimnastika Arenasının tikintisi (MGA)
- Puta İdman Kompleksinin tikintisi
- “Balaxanı Sənaye Parkı”nda 30 resident üçün istehsalat sexlərinin tikintisi
- Lənkəran Cənub TV, Tovuz Turkel TV tikinti işləri