Solidworks
Kursun məqsədİ:
Kurs zamanı əməkdaşlar Solidworks proqramında sərbəst işləmə bacarıqlarından əlavə real layihələr üzərində cihaz, maşınqayırma, qəlib dizaynı (mold design), metal lövhələrin modellənməsi (Sheet metal design), boru xəttinin dizaynı mexanizmlərinin yığılması, sənaye yönümlü model və ya məhsulların dizayn edilməsi, modellənməsi və eləcə də analiz edilməsi kimi praktiki biliklər əldə edəcəklər.
Solidworks proqramının imkanları:
İstənilən sənaye sahələrində istifadə olunan Solidworks proqramı sizə iş tapmağınıza kömək edəcək. Həmçinin tək hissələrin asanlıqla dizayn edilməsi ilə yanaşı, funksional yığımların, mexanizmlərin və eləcə də layihələndirilən dizayn modellərinin analiz edilməsi sizlərə bir çox üstünlüklər qazandıracaqdır. Digər CAD proqramları ilə asanlıqla inteqrasiya olunduğu üçün mühəndislikdə bir çox sahədə istifadə edə biləcəksiniz. CNC maşınlar üçün NC kodların alınmasında istifadə edilən MasterCAM və ya SolidCAM proqramlarına 3D modellərin asanlıqla inteqrasiyası, xüsusilə Ansys, Abaqus kimi analiz proqramlara 3D modellərin əlavə edilərək analiz edilməsi bunlardan sadəcə bir neçəsinə misal ola bilər.
Kurs kİmlər üçün nəzərdə tutulub:
Mexanika Mühəndisliyi və inşaat sahəsi ilə əlaqəli işlərdə dərəcə artırmaq, ixtisaslaşmaq və yaxud bu sahə üzrə fəaliyyət göstərən yerli və xarici şirkətlərdə karyera qurmaq istəyən şəxslər, konstruktorlar və mühəndislik sahəsi üzrə təhsil alan tələbələr kursda iştirak edə bilər.
Kursun müddətİ:
36 saat
Kursun tədrİs dİlİ:
Azərbaycan dili və İngilis dili
Sertİfİkat:
Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçıya Yerli sertifikat təqdim edilir.
TƏHSİL - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - Mexanika mühəndisliyi (2014-2018)
İŞ TƏCRÜBƏSİ - 5 il
İŞLƏDİYİ LAYİHƏLƏR
- Wood PlC 11.10.2019
- Piping Designer
- Azertexnolayn MMC 10.10.2018 – 10.10.2019
- Draftsman
- İdrak Texnoloji Transfer 01.03.2018 – 01.06.2018
- Mexanika mühəndisliyi (intern)
- Binagadi Oil 23.05.2017 – 12.06.2017
- Mexanika mühəndisliyi (intern)
- CONCO MMC 01.07.2016 – 01.09.2016
- Mexanika mühəndisliyi (intern)
SERTİFİKAT VƏ İXTİSASLAŞMA
- İdrak Texnoloji Transfer 01.03.2018 – 01.06.2018
- Mexanika mühəndisliyi
- Binagadi Oil Company | 12.06.2017
- Piramida TKM | 13.03.2016
- Autocad program