SƏTƏM Siyasəti
Biz qərarlıyıq:
- SƏTƏM siyasətinin həyata keçirilməsi və ətraf mühitin mühafizəsi, insanların və əmlakın sağlamlığı, rifahı və təhlükəsizliyinin təmin edilməsi
- İnkişaf və işin icrasının ölçü götürülməsi, qiymətləndirilməsi və hesabatı üçün standartların qəbul olunması ilə SƏTƏM-in digər mühüm fəaliyyətlər kimi idarə olunması
- SƏTƏM performansımızı daim yaxşılaşdırmaq üçün sağlamlıq, təhlükəsizlik və ətraf mühitin (SƏTƏM) idarə olunmasına sistemli yanaşmanın təmin edilməsi
- Audit, yoxlama və hadisələrin tədqiqatı, eləcə də digər mənbələrlə müəyyənləşdirilmiş bütün SƏTƏM çatışmazlıqları və uyğunsuzluqlarının vaxtında azaldılması
- İş yerindəki sağlamlıq və təhlükəsizlik risklərini idarə etməklə qəzaların və peşə xəstəliklərinin qarşısının alınması
- “Sənayedə ən yaxşı” SƏTƏM təcrübələrinin təşviq edilməsi
- Hər kəsin bu siyasətin həyata keçirilməsinə kömək edə biləcəyi bir mədəniyyətin dəstəklənməsi
- Sənayemizdə SƏTƏM standartlarını yüksəltmək üçün tərəflər, tələbələr, işçilər, tərəfdaşlar, nizamlayıcılar, qonşular, təchizatçılar və podratçılarımızla birgə fəaliyyət göstərilməsi
Bu tələblərə uyğun olaraq, biz öhdəsindən gələcəyik:
- Böyük Britaniya standartlarına əsaslanmış risk əsaslı vahid SƏTƏM idarəetmə sisteminin həyata keçirilməsi
- Tətbiq olunan bütün yerli qanunlara və qəbul etdiyimiz digər könüllü standartlarına tam riayət edilməsi
- Davamlı inkişaf üçün məqsəd və hədəflərin təyin edilməsi və fəaliyyətimizin nəzərdən keçirilməsi, qiymətləndirilməsi və hesabat verilməsi
- Tələbə və işçilərimizin hər birinin müəssisəmizdə təhlükəsiz iş və sağlam ətraf mühit yaratma və buna əməl etməsinin tələb edilməsi
Məqsədimiz heç bir qəzaya, insanların zədələnməsinə səbəb olmayan və təbiətə zərər vurmayan sağlam, əmin və təhlükəsiz əməliyyatlardır.